Çempionlar Liqası: “Atletiko” evdə, “Barselona” səfərdə qalib gəlib

Çempionlar Liqası: “Atletiko” evdə, “Barselona” səfərdə qalib gəlib

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

“Birxeber.Az”un məlumatına görə, İspaniya klublarından “Atletiko” ev, “Barselona” səfər matçına çıxıb.

Madrid təmsilçisi öz meydanında Dortmund “Borussiya”sını minimal fərqlə üstələyib. Kataloniyalılar isə Parisdə yerli PSJ-ni məğlub ediblər.

Bu cütlər arasında cavab görüşləri aprelin 16-da keçiriləcək.

Qeyd edək ki, bir gün əvvəl keçirilən qarşılaşmalarda “Real” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
10 aprel

“Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 2:1
Qollar:
Rodriqo de Paul, 5, Samuel Lino, 32 – Sebastyen Alle, 81
Baş hakim: Marko Quida (İtaliya).
Madrid, “Metropolitano” stadionu.

PSJ (Fransa) – “Barselona” (İspaniya) 2:3
Qollar:
Usman Dembele, 48, Vitinya, 51 - Rafinya, 37;62, Andreas Kristensen, 77
Baş hakim: Entoni Teylor (İngiltərə).
Paris, “Park De Prens” stadionu.