Ukrayna PUA-sının mülki avtomobilə hücumu nəticəsində ikisi uşaq olmaqla üç nəfər ölüb

Ukrayna PUA-sının mülki avtomobilə hücumu nəticəsində ikisi uşaq olmaqla üç nəfər ölüb

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Rusiyanın Kursk vilayətinin Apanasovka kəndində mülki şəxslərin olduğu avtomobilin üzərinə partlayıcı qurğu atıb.

Birxeber.Az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoyt məlumat verib.

Hadisə nəticəsində həmin an avtomobildə olan 3 nəfər ölüb. Məlumata görə ölənlərin ikisi uşaqdır.

Qubernator həmçinin Ukrayna Silahlı Qüvvələri tərəfindən Kursk vilayətinin Qluşkovski rayonunun atəşə tutulması barədə məlumat verib. Onun sözlərinə görə, elektrik xətlərinin zədələnməsi nəticəsində bir neçə yaşayış məntəqəsi işıqsız qalıb.