Ukrayna SQ-nin müşaviri: İsrail kimi Kiyev də qadınları orduya çağırmalıdır

Ukrayna SQ-nin müşaviri: İsrail kimi Kiyev də qadınları orduya çağırmalıdır

“Biz də İsraildə olduğu kimi qadınları orduya çağırmalıyıq”.

Birxeber.Az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin quru qoşunları komandanının gender məsələləri üzrə müşaviri Oksana Qriqoryeva “Times” qəzetinə müsahibəsində deyib.

“Konstitusiyamızda yazılıb ki, hər bir ukraynalı öz vətənini müdafiə etməyə borcludur, ona görə də qadınların da xidmət etməsi düzgün olardı... İsraildə olduğu kimi, biz də kişilərlə yanaşı qadınları da müharibəyə hazırlamalıyıq”, - o bildirib.

Onun fikrincə, Ukrayna yaxın illərdə qadınları səfərbər etməyə məcbur qalacaq. Qriqoryeva hesab edir ki, bu, işə qəbul olunanların çatışmazlığı problemini həll etmək üçün lazımdır. Qeyd olunur ki, hazırda Ukrayna Silahlı Qüvvələrində 65 min qadın xidmət edir, 2021-ci ildən bəri bu rəqəm təxminən 40% artıb.