Azərbaycanın stolüstü tennisçiləri Türkiyəyə yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Türkiyəyə yollanıblar

15 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yola düşüb.

“Report” xəbər verir ki, Tunar Bağırov, Şakir Qədirov, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesirdə təşkil olunacaq “Türk Dövlətləri” beynəlxalq təlim-məşq toplanışı və dostluq yarışında iştirak edəcək.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançılarının qatılacaqları təlim-məşq toplanışı və yarışı 11-17 aprel tarixlərində keçiriləcək.