ABŞ-dən Ermənistana külli miqdarda kokain keçirilib

ABŞ-dən Ermənistana külli miqdarda kokain keçirilib

ABŞ-dan Ermənistana göndərilən bağlamada dəyəri 500 min dollardan çox olan kokain aşkar edilib.

“Birxeber.Az” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, narkotik vasitələr paltar və ayaqqabı arasında gizlədilib: “Həmçinin şübhəlilərin evlərində axtarış aparılıb. Evlərdən də kokain tapılıb. Hadisə ilə bağlı iki vətəndaş həbs edilib”.