Rusiya və Braziliya əfsanələri arasında futbol matçı keçirilə bilər

Rusiya və Braziliya əfsanələri arasında futbol matçı keçirilə bilər

Rusiya və Braziliya əfsanələri arasında futbol matçı keçirilə bilər.

“Report” xəbər verir ki, bunu Rusiya Futbol İttifaqının (RFİ) tədbirlər və marketinq kommunikasiyaları departamentinin rəhbəri Kirill Tereşin açıqlayıb.

Onun sözlərinə görə, ötənlərin məşhur futbolçuları arasında Moskvada şou xarakterli görüşün təşkili nəzərdə tutulub. Ancaq bunun üçün Braziliya millisinin sabiq müdafiəçisi Kafu həmyerlilərini razı salmalıdır.

Ronaldinyo, Rivaldo, Taffarel, Kaka kimi məşhurlar oyuna dəvət ediləcəklər.