Rusiyanın Orenburq vilayətində su basmış ərazilərdən 7.7 min nəfər təxliyə edilib

Rusiyanın Orenburq vilayətində su basmış ərazilərdən 7.7 min nəfər təxliyə edilib

Rusiyanın Orenburq vilayətində su basmış yaşayış evlərinin sayı 12,8 minə çatıb, 14,9 min təsərrüfat sahəsi də su altında qalıb.

APA regional hökumətin mətbuat xidməti xəbər verir ki, 7,7 min nəfər ərazidən təxliyə edilib.

"Təsərrüfatdan və şəxsi evlərdən 7703 nəfər, o cümlədən 1707 uşaq təxliyə edilib”, - məlumatda vurğulanıb.