Azərbaycanda bayram namazı qılınıb - FOTO - YENİLƏNİB-1

Azərbaycanda bayram namazı qılınıb - FOTO - YENİLƏNİB-1

Bakıda Təzəpir məscidində Ramazan bayramı namazı qılınıb.

APA xəbər verir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

***

09:00

Bakıda Təzəpir məscidində Ramazan bayramı namazı qılınır.

APA xəbər verir ki, bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə iştirak edir.

Bayram namazı QMİ sədrinin rəhbərliyi ilə qılınır.

***

Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınır.

APA xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.

Təzəpir məscidində isə bayram namazı 09:00-da qılınacaq.