QMİ sədri: Allahdan arzu etdim ki, bizə bir də müharibə göstərməsin

QMİ sədri: Allahdan arzu etdim ki, bizə bir də müharibə göstərməsin

“Builki Ramazan bayramı xüsusi əhəmiyyətə malikdir”.

Birxeber.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

Sədr bildirib ki, azad olunan ərazilərdə məscidlər tikilir və bərpa olunur:

"İnsanlarımız öz doğma ata yurdlarına qayıdır. Allahdan arzu etdim ki, bizə bir də müharibə göstərməsin. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Artıq bayram bütün azad olunmuş torpaqlarda keçirilir. Şuşada, Ağdamda azan səsi gəldi, namaz qılındı. Bizim üçün bu şərəfdir".