Neftçalada narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 7 nəfər saxlanılıb - FOTO

Neftçalada narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 7 nəfər saxlanılıb  - FOTO

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən 7 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Birxeber.Az-ya verilən məlumata görə, həmin şəxslərdən 8 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə - heroin, tiryək, metamfetamin və marixuana götürülüb.

Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışı ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər də müəyyən edilib.

Həmçinin, qeyd edilən müddət ərzində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 1-i yivli olmaqla 14 odlu silah aşkar olunub.

Faktlarla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.