Bayden İordaniyada öldürülən ABŞ hərbçiləri ilə bağlı İranı günahlandırıb

Bayden İordaniyada öldürülən ABŞ hərbçiləri ilə bağlı İranı günahlandırıb

İordaniyada ABŞ-nin üç hərbçisinin ölümü ilə bağlı cavabdehlik İranın dəstəklədiyi qrupların üzərindədir.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin yazılı bəyanatında vurğulanıb.

"İordaniyanın şimal-şərqində - Suriya sərhədi yaxınlığında yerləşən qüvvələrimizə pilotsuz uçuş aparatı ilə hücum nəticəsində üç ABŞ əsgəri həlak olub, çoxlu sayda hərbçi yaralanıb. Bu hücumla bağlı kəşfiyyat məlumatları toplanır. Bunu İranın radikal silahlıları tərəfindən həyata keçirildiyini bilirik”, - qeyd edilib.

Dron hücumu nəticəsində üç Amerika hərbçisi həlak olub, 25-i yaralanıb.