Türkiyə Prezidenti ilə Şavkat Mirziyoyev telefonla danışıb

Türkiyə Prezidenti ilə Şavkat Mirziyoyev telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı qlobal və regional məsələlər, həmçinin Türkiyə ilə Özbəkistan arasında ikitərəfli münasibətlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə iki ölkə arasındakı əlaqələrin nümunəvi olduğunu və qarşıdakı dövrdə əlaqələri daha da dərinləşdirəcək addımlar atmaqda qərarlı olduğunu bildirib.