Gürcüstan millisinin baş məşqçisi AVRO-2024-də ən az maaş alan mütəxəssisdir

Gürcüstan millisinin baş məşqçisi AVRO-2024-də ən az maaş alan mütəxəssisdir

Futbol üzrə Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol AVRO-2024-ün iştirakçıları arasında ən az maaş alan mütəxəssisdir.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə "Finance Football Research" məlumat dərc edib.

Fransalı çalışdırıcı ildə 200 000 avro (aylıq 20 000 avro maaş) qazanır. O, bu göstəriciyə görə 24 məşqçi arasında sonuncudur.

Rumıniyalı Eduard Yordenesku 240 min avro, çexiyalı İvan Hasek 250 min avro, sloveniyalı Matyaj Kek və macarıstanlı Marko Rossi isə hərəyə 300 min avro qazanırlar.

Avropa çempionatında iştirak edəcək komandaların məşqçiləri arasında ən çox qazanan ingiltərəli Qaret Sautqeytdir – illik 5,8 milyon avro.