Aİ-də qaz anbarlarının ehtiyatları 60%-i ötüb

Aİ-də qaz anbarlarının ehtiyatları 60%-i ötüb

Avropa ölkələri istilik mövsümü başa çatdıqdan sonra bir həftə ərzində (1-7 aprel) yeraltı qaz anbarlarına (QQS) 1,014 mlrd. kubmetr qaz vurublar.

Bu barədə “Birxeber.Az-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, hazırda anbarların dolumluluq səviyyəsi 60,19% təşkil edir. Bu, 2019-2023-cü illərdə bu tarix üçün orta göstəricidən 17,7 faiz bəndi, keçən illə müvafiq göstəricisi ilə müqayisədə isə 4,72 faiz bəndi çoxdur.

Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təxminən 66,4 mlrd. kubmetr təşkil edir, bu da 2019-2023-cü illərin müvafiq tarixinə olan göstəricidən 20,3 mlrd. kubmetr, ötən ilin müvafiq göstəricisindən isə 5,3 mlrd. kubmetr çoxdur.