Ermənistan parlamentində Azərbaycanla sərhədin delimitasiyası müzakirə olunur

Ermənistan parlamentində Azərbaycanla sərhədin delimitasiyası müzakirə olunur

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın və xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə parlamentin qapalı iclasında dinləmələr başlayıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Aysor” nəşri yayıb.

Bildirilib ki, iclasda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə məsələlər müzakirə olunur.

Məlumata görə, dinləmələr hakim "Vətəndaş sazişi" partiyasının təşəbbüsü ilə keçirilir. Müxalifət bu müzakirələrin təşkilinə qarşı çıxıb. Ona görə də parlamentin sədri Alen Simonyan iclasın qapalı və məxfiliyini əsas göstərərək gündəliyi qəbul etməyənlərin iclas zalını tərk etməsini istəyib.

Bildirilib ki, deputatlar dinləmədə telefonsuz iştirak edir.