Türkiyəli futbolçu "Mançester Yunayted"in tarixinə düşüb

Türkiyəli futbolçu "Mançester Yunayted"in tarixinə düşüb

Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin "Mançester Yunayted" klubunun tarixinə düşüb.

"Report"un məlumatına görə, qolkiper "Nyuport Kaunti"yə qarşı keçirdiklər ölkə kubokunun 4-cü tur oyununa start heyətində başlayacaq.

O, "qırmızı-şeytanlar"da meydana çıxış edən ilk türkiyəli oyunçu olub.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.