Fransa səfiri: Ermənistana başqa ölkələr üçün əlçatmaz olan hərbi texnika tədarük edirik

Fransa səfiri: Ermənistana başqa ölkələr üçün əlçatmaz olan hərbi texnika tədarük edirik

Fransa Ermənistana başqa ölkələr üçün əlçatmaz olan hərbi texnika tədarük edir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Səfir paylaşımına Fransanın “Thales” şirkətinin istehsal etdiyi radarları, o cümlədən üç ədədi Ermənistana təhvil verilmiş “Ground Master 200” sistemləri haqqında məqalənin linkini əlavə edib.

Qeyd edək ki, bu, Fransanın Ermənistanı fəal şəkildə silahlandırmaqda davam etdiyini bir daha nümayiş etdirir. Bu da öz növbəsində Cənubi Qafqazda uzunmüddətli sülhün əldə olunması imkanlarına mənfi təsir göstərir.