Şəmkirdə usta işlədiyi evin damında ölüb - YENİLƏNİB

Şəmkirdə usta işlədiyi evin damında ölüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının damında ölən 1 nəfərin meyitinin düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Birxeber.Az FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit binanın damından düşürülərək aidiyyəti üzrə təhvil verilib.

***

10.48

Şəmkirdə usta işlədiyi evdə ölüb.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən ikimərtəbəli evin damında işləyən 1954-cü il təvəllüdlü Azər Heydərovun naməlum səbəbdən öldüyü bildirilir.

Əraizyə hüquq-mühifzə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin etimlara görə, A.Heydərov ürək tutmasından ölüb. Faktla bağlı araşdırma aparılır.