Kvalifikasiyası olmayan xarici universitetlərin siyahısı dərc olunacaq

Kvalifikasiyası olmayan xarici universitetlərin siyahısı dərc olunacaq

Kvalifikasiyası olmayan xarici universitetlərin siyahısı dərc olunacaq.

APA xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Medianın İnkişafı Agentliyinin birgə media nümayəndələri üçün təşkil etdiyi infosessiyada TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, bəzən vətəndaşlar kvalifikasiyası olmayan universitetlərə üz tuturlar:

"Bu kimi halların qarşısının alınması üçün TKTA-nın sayında daxili kvalifikasiyası olmayan universitetlərin siyahısı dərc olunacaq".