İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə üz-üzə gələcək

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə üz-üzə gələcək

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

"Report"un məlumatına görə, 28 yaşlı qrossmeyster V turda Hindistan təmsilçisi Dommaracu Qukeş ilə üz-üzə gələcək.

Abasov qara fiqurlarla oynayacaq. O, hazırda 1,5 xalla 4-8-ci, 2,5 xala malik Qukeş 2-3-cü yerləri bölüşdürür.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.