Ceyhun Bayramov Bişkekdə "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini və Çingiz Aytmatovun məzarını ziyarət edib

Ceyhun Bayramov Bişkekdə "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini və Çingiz Aytmatovun məzarını ziyarət edib

Xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana səfəri çərçivəsində Bişkekdəki "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Nazir Kompleksin önünə əklil qoyub.

Azərbaycan nümayəndə heyəti Qırğızıstanın suverenliyi uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla yad edib.

Səfər çərçivəsində görkəmli qırğız yazıçısı, Azərbaycanın böyük dostu Çingiz Aytmatovun məzarı da ziyarət edilib, üzərinə gül dəstələri qoyub.