Rusiyada dördü uşaq olmaqla beş nəfər yanaraq ölüb

Rusiyada dördü uşaq olmaqla beş nəfər yanaraq ölüb

Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığındakı Voskresenskdə yaşayış binasında baş verən yanğında dördü uşaq olmaqla beş nəfər ölüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyin məlumat yayıb.

Qeyd olunub ki, yanğının sahəsi 150 kv.m olub. Evdə səkkiz nəfərin yaşadığı, onlardan altısının uşaq olduğu bildirilib.

Daha əvvəl yanğında qadın və uşağın öldüyü bildirilirdi. Hazırda hadisə yerində 25 mütəxəssis və 8 texnika işləyir.