Azərbaycanda sahibkarlara “İxrac subsidiyası” verilə bilər?

Azərbaycanda sahibkarlara “İxrac subsidiyası” verilə bilər?

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara ixrac subsidiyasının verilməsinin tərəfdarıdır.

"Birxeber.Az" xəbər verir ki, bunu KOBİA-nın Biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda iş adamlarının suallarını cavablandırarkən bildirib.

N.Heydərov əlavə edib ki, KOBİA bu sahədə sahibkarlara dəstək göstərə bilər:

“Gələcəkdə bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumları ilə birlikdə ixrac subsidiyasının yaradılması ilə bağlı nəsə etmək olar”.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı isə bildirib ki, Azərbaycanda oxşar model tətbiq edilir:

“Hazırda bizdə oxşar model var, amma biz onu subsidiya adlandırmırıq. “İxrac Təşviqi” mexanizmi vasitəsi ilə məhsulun ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin 3-6 %-i dövlət büdcəsindən ixracatçıya geri ödənilir.

AZPROMO-nun nizamnaməsinə əsasən biz “ixrac təşviqi” mexanizmi ilə bağlı təklifləri təqdim edə bilərik, amma ticarət siyasəti İqtisadiyyat Nazirliyinin mandatında olduğu üçün onlar təklifləri irəli sürə bilərlər.

Biz dünya təcrübəsini öyrənmişik və beynəlxalq təcrübə də dövlətin ixracatçının bütün xərclərinə dəstək göstərməsinə yaxşı baxmır”.

Biznes Biznes
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Biznes Biznes
“Sevgililər Günü”ndə qadınların ürəyincə olacaq - 5 ƏN YAXŞI HƏDİYYƏ İDEYASI

“Sevgililər Günü”ndə qadınların ürəyincə olacaq - 5 ƏN YAXŞI HƏDİYYƏ İDEYASI

Biznes Biznes
"Holcim-Azerbaijan" Qarabağa investisiya yatırmaq istəyir

"Holcim-Azerbaijan" Qarabağa investisiya yatırmaq istəyir

Biznes Biznes
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 779 milyon dollarlıq ixraca kömək edib

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 779 milyon dollarlıq ixraca kömək edib

Biznes Biznes
Nazir müavini: "İlk dəfə dövlət və özəl sektorda əmək müqavilələrinin sayı bərabər olub"

Nazir müavini: "İlk dəfə dövlət və özəl sektorda əmək müqavilələrinin sayı bərabər olub"

Biznes Biznes
Fərqli markalı benzinlərin qarışdırılması avtomobilin yanacaq sisteminə necə təsir edir?

Fərqli markalı benzinlərin qarışdırılması avtomobilin yanacaq sisteminə necə təsir edir?

Biznes Biznes
Azərbaycanda 10 ayda əmək müqaviləsi olmadan işləyən 3484 şəxs aşkar olunub

Azərbaycanda 10 ayda əmək müqaviləsi olmadan işləyən 3484 şəxs aşkar olunub

Biznes Biznes
Palata: "AZAL-da biletlərin qiymətlərinin optimallaşdırılması üçün münbit şərait yaradılmayıb"

Palata: "AZAL-da biletlərin qiymətlərinin optimallaşdırılması üçün münbit şərait yaradılmayıb"

Biznes Biznes
Azərbaycanda nəm salfet istehsalı üçün 200 min manat güzəştli kredit verilib

Azərbaycanda nəm salfet istehsalı üçün 200 min manat güzəştli kredit verilib

Biznes Biznes
Azərbaycan Rusiya ilə Şimal-Cənub dəhlizinin imkanlarının artırılmasını müzakirə edib

Azərbaycan Rusiya ilə Şimal-Cənub dəhlizinin imkanlarının artırılmasını müzakirə edib

Biznes Biznes
Azərbaycan Böyük Britaniya ilə ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

Azərbaycan Böyük Britaniya ilə ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

Biznes Biznes
Eli Kohen: "İsraildən Azərbaycana gələn turistlərin sayı artır"

Eli Kohen: "İsraildən Azərbaycana gələn turistlərin sayı artır"