Duda: Polşa Rusiyanın hücumundan qorunmaq üçün ordusunu gücləndirir

Duda: Polşa Rusiyanın hücumundan qorunmaq üçün ordusunu gücləndirir

“Rusiyanın hücumuna tab gətirmək üçün ordunu gücləndirməyə ehtiyac var”.

Birxeber.Az-nın məlumatına görə, bunu yerli “Dziennik Gazeta Prawna” nəşrinə müsahibəsində Polşa prezidenti Andjey Duda bildirib.

O deyib ki, indiki şəraitdə bu təhlükə istisna edilsə də, bu vəziyyət arxayınlıq yaratmamalıdır. A. Dudanın sözlərinə görə, rəsmi Varşava hərbi potensialın inkişafı prosesini davam etdirir.