Xankəndi Şəhər Məhkəməsinə sədr və hakim təyin olunub

Xankəndi Şəhər Məhkəməsinə sədr və hakim təyin olunub

İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Sərəncamında qeyd olunub.

Xatırladaq ki, İ.Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

İ.Abdullayev bu təyinatadək Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifələrində çalışıb.