Kürdəxanıda bıçaqlanma olub

Kürdəxanıda bıçaqlanma olub

Bakıda kişi marketinin qarşısında bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Birxeber.Az xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən “İl” marketin qarşısında Xəlilov Elnur Hüseyn oğluna naməlum şəxs tərəfindən bıçaqla xəsarət yetirilib.

O, Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.