Rusiyada avtobusun aşması nəticəsində iki nəfər ölüb, 15-i yaralanıb

Rusiyada avtobusun aşması nəticəsində iki nəfər ölüb, 15-i yaralanıb

Rusiyada avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi olub.

Birxeber.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ural-Muxanovo yolunun Samara vilayətindən keçən hissəsində “Scania” markalı avtobus aşıb.

Hadisə nəticəsində iki nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Nəqliyyat vasitəsində 66 nəfər olub.

Avtobus Qazaxıstan qeydiyyatında olub və ilkin məlumatlara görə, Nijni Novqorod istiqamətində Özbəkistan vətəndaşlarını aparırmış.