Mozambikdə balıqçı gəmisi aşıb, 91 nəfər ölüb

Mozambikdə balıqçı gəmisi aşıb, 91 nəfər ölüb

Mozambikdə balıqçı gəmisi aşıb.

Birxeber.Az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanlı məlumat yayıb.

Hadisə ölkənin şimal sahillərində, Nampula əyalətində qeydə alınıb.

Qəza zamanı 91 nəfər ölüb.

Həddindən artıq sərnişinlə dolu olan gəmi adaya yaxınlaşarkən batıb. Gəmidə 130-a yaxın insanın olduğu vurğulanıb.

Digər insanların taleyi barədə məlumat verilmir.