Çində 5 maqnitudada zəlzələ baş verib

Çində 5 maqnitudada zəlzələ baş verib

Çinin Sincan-Uyğur Muxtar Vilayətində 5 maqnitudada zəlzələ qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Zəlzələnin episentri təxminən 102 min nəfərin yaşadığı Kuça qəsəbəsindən 67 km qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.