Birxeber.az / Çində 5 maqnitudada zəlzələ baş verib

Çində 5 maqnitudada zəlzələ baş verib

8-04-2024, 03:40

Çinin Sincan-Uyğur Muxtar Vilayətində 5 maqnitudada zəlzələ qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Zəlzələnin episentri təxminən 102 min nəfərin yaşadığı Kuça qəsəbəsindən 67 km qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Geri qayıt