İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib

İngiltərə Premyer Liqasının növbəti matçında “Mançester Yunayted” və “Liverpul” komandaları arasında matç heç-heçə başa çatıb.

"Birxeber.Az"un məlumatına görə, Mançesterdə baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.

“Mançester Yunayted”in heyətində Bruno Fernandes və Kobbi Mayno dəqiq zərbələrlə fərqləniblər. "Liverpul"un qollarını Luis Diaz və Məhəmməd Salah vurub.

“Mançester Yunayted” İngiltərə çempionatının turnir cədvəlində 49 xalla altıncı, “Liverpul” 71 xalla ikinci yerdədir. Londonun "Arsenal"ı əlavə göstəricilərə görə "Liverpul"u qabaqlayaraq çempionata başçılıq edir. “Mançester Siti” isə üçüncü yerdədir. Xosep Qvardiolanın komandası 70 xal toplayıb.