Türkiyədə bir gündə yol qəzalarında 9 nəfər ölüb, 1 047 nəfər yaralanıb

Türkiyədə bir gündə yol qəzalarında 9 nəfər ölüb, 1 047 nəfər yaralanıb

Türkiyədə Ramazan bayramı tətilinin ilk günündə baş vermiş 651 yol-nəqliyyat hadisəsində doqquz nəfər ölüb, 1 047 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə bildirib.

“Bayram tətilinin ilk günündə yol qəzalarında, təəssüf ki, doqquz vətəndaşımız həlak olub. 1 047 vətəndaşımız isə yaralanıb”, – nazir diqqətə çatdırıb.

Yerlikaya vurğulayıb ki, statistika sadəcə 6 aprel tarixini əhatə edir.