Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" layihəsinə start verilib - FOTO

Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" layihəsinə start verilib - FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə "Urbanda görüşərik" layihəsi çərçivəsində "Qiraət axşamı" təqdim edib.

Birxeber.Az xəbər verir ki, "Qiraət axşamı"nda ud və balabanın müşayiəti ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsiminin şeirləri Həsən Fəttan, Vüsal Hicran, İmamverdi Vəliyev, Əsgər Məmmədov, Zahir Şirani, Məhəmməd Hacıyev, Zülfiyyə Yaqub tərəfindən səsləndirilib.