Podolyak: “ABŞ qərar verməlidir - qlobal lider olmaq və ya özünü təcrid etmək”

Podolyak: “ABŞ qərar verməlidir - qlobal lider olmaq və ya özünü təcrid etmək”

Amerika Birləşmiş Ştatları qərar verməlidir - qlobal lider olmağa davam edəcəklər, yoxsa özlərini təcrid edib daxili siyasətlə məşğul olmaq istəyirlər.

Birxeber.Az xəbər verir ki, bunu Ukrayna prezident aparatının müşaviri Mixail Podolyak ölkə telemarafonunda deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton birinci variantı seçərsə, Ukraynaya yardım haqqında qanun layihəsinin qəbulunu gecikdirməməlidir.

“Qlobal lider olmaq istəyirsinizsə, buna sərmayə qoymalısınız. Əgər buna hazır deyilsizsə, çıxıb deməlisiz ki, biz haqqımızda daim danışdığımız qədər deyilik. Çünki bir az qəribə görünür. 61 milyard dollar onsuz da müəyyən edilmiş hərbi büdcəyə nisbətən çox azdır. Və bu, qlobal lider kimi nüfuzunuza sərmayədir. Biz ABŞ-nin nəhayət ki, reputasiyanın çox vacib olduğunu başa düşməsini gözləyirik”, - Podolyak bildirib.