Rusiyanın Orsk şəhərində 9 qəsəbə su altında qalıb

Rusiyanın Orsk şəhərində 9 qəsəbə su altında qalıb

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində 9 qəsəbə su altında qalıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, daha üç qəsəbənin su altında qalma təhlükəsi var.

Orenburq vilayətinin qubernatoru Denis Pasler Orskda 4 400-dən çox evin su altında qaldığını bildirib.

Qeyd edək ki, bu gün Orsk şəhərində su anbarı tamamilə dağılıb. Bildirilib ki, Aktübinsk su anbarından axan suyun da həcmi artıb. Eyni zamanda Orenburqun yaxınlığındakı Çelyabinsk vilayətinin 4 rayonunda və Trotski şəhər dairəsində də daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib.