Gürcüstanın Baş naziri Almaniyaya səfər edəcək

Gürcüstanın Baş naziri Almaniyaya səfər edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyaya səfər edərək kansler Olaf Şolts ilə görüşəcək.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə federal kanslerin ofisinin məlumatında bildirilib.

Qeyd olunub ki, kansler Şolts aprelin 12-də Kobaxidzeni qəbul edəcək. Görüşdə ikitərəfli münasibətlərin, iqtisadi əməkdaşlığın, təhlükəsizlik siyasətinin müzakirə olunacağı qeyd edilib.