Ötən il Azərbaycanda yerli turistlərin xərcləmələri 3.5 mlrd. manata yaxın olub - Siyahı

Ötən il Azərbaycanda yerli turistlərin xərcləmələri 3.5 mlrd. manata yaxın olub - Siyahı

2023-cü ildə Azərbaycanda yerli turistlər 3 milyard 486.1 milyon manat vəsait xərcləyiblər.

Bu barədə “APA-Economics” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, ötən il yerli turistlər ən çox vəsaiti Bakı, Quba-Xaçmaz ,Şəki-Zaqatala və Naxçıvan Muxtar Respublikası iqtisadi rayonlarında xərcləyiblər. Belə ki, Bakıda 1 milyard 649.7 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonunda 517.1 milyon manat, Şəki-Zaqatala iqtisadi rayonunda 357.9 milyon manat, Naxçıvanda isə 251 milyon manat vəsait xərcləyiblər.

İqtisadi Rayonlar Xərclənən vəsait. min manat
Bakı 1 649 703
Quba-Xaçmaz 517 153
Şəki-Zaqatala 357 940
Naxçıvan 250 004
Abşeron-Xızı 182 018
Lənkəran-Astara 153 593
Gəncə-Daşkəsən 130 300
Dağlıq-Şirvan 106 821
Qazax-Tovuz 62 235
Qarabağ 40 415
Mərkəzi-Aran 20 901
Mil-Muğan 8 584
Şirvan-Salyan 5 425