Naxçıvanda vergi daxilolmaları 25 % artıb

Naxçıvanda vergi daxilolmaları 25 % artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 45,8 milyon manat vergi daxil olub.

Bu barədə "Report"un yerli bürosuna qurumdan bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 24,8 % və yaxud 9,1 milyon manat çoxdur.

I rübdə Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116,1 % icra edilib.