Azərbaycanda yeni nəsil özəl məktəb olan “SABAH.school” fəaliyyətə başlayıb

Azərbaycanda yeni nəsil özəl məktəb olan “SABAH.school” fəaliyyətə başlayıb

İnnovativ təhsil metodologiyası və unikal tədris imkanları ilə fərqlənən “SABAH.school”, 2024-2025 tədris ili üçün şagird qəbuluna start verdi.

“SABAH.school” innovativ özəl məktəbdir. Məktəb, müasir texnologiyanı təhsilə inteqrasiya edərək şagirdlərdə innovasiya və texnologiyayönümlü bacarıqların inkişafını hədəfləyir. Məktəbin missiyası, güclü liderlərdən ibarət şagirdlər yetişdirərək, onların davamlı inkişafını təmin etməkdir. “SABAH.school” hər bir şagirdi onun bacarıq və maraq dairəsi üzrə yönləndirir. Həmçinin gündəlik dərs və dərsdənkənar fəaliyyətlərin təşkilini, tapşırıqların məktəbdə icrasını özündə cəmləyir.

Məktəb, dünya standartlarında təhsil proqramı hazırlamaq məqsədilə Beynəlxalq Bakalavriat (IB) akkreditasiyası almaq və Beynəlxalq Məktəblər üçün Təhsil Əməkdaşlıq Təşkilatının (ECIS) üzvü olmaq mərhələsindədir. Bu üzvlük, SABAH.school-a qlobal təhsil standartlarını tətbiq etməyə və beynəlxalq təhsildə davamlı təkmilləşməyə imkan yaradır.

“SABAH.school”, “SABAH.HUB” Innovasiya Mərkəzinin layihəsi olaraq, “LANDAU School” ilə strateji partnyorluq çərçivəsində təsis edilmişdir.

Məktəbin direktoru əslən avstraliyalı təhsil eksperti Metyu Konneldir. O, Kolumbiya, Polşa və Küveyt kimi ölkələrdə 23 illik beynəlxalq təcrübəyə malikdir. Onun dəstəyi nəticəsində rəhbərlik etdiyi təhsil mərkəzi, əməkdaşlıq ruhuna, peşəkar ünsiyyətə və innovativ kurikulum metodologiyasının tətbiqinə tövhə verəcək. Bu da öz növbəsində şagirdləri dinamik tədris trendlərinə tam hazır edəcək.

Qeyd edək ki, “SABAH.school”-un açılışı 2 sentyabr 2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonunda yerləşən, “Sea Breeze” kompleksinin ərazisində planlaşdırılır. İlkin mərhələdə “SABAH.school”-da məktəbəqədər, I və II siniflər (5-8 yaş) üzrə şagirdlərin qəbulu nəzərdə tutulub.

Övladınızın gələcəyini yeni nəsil məktəbdə formalaşdırılmaq üçün www.sabahschool.com veb-saytına daxil olaraq qeydiyyatdan keçə və ya +994 10 228 71 34 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.