Emin Ağalarovun lüks və dəbdəbəli malikanəsindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Xalq artisti Emin Ağalarov dəbdəbəli malikanəsi ilə gündəmə gəlib.
Birxeber xəbər verir ki, Rusiyanın "Star Hit" xəbər agentliyi sənətçinin bahalı və lüks evində çəkiliş aparıb. Xalq artistinin malikanəsində hovuz, spa, hamam, bilyard otağı, qonaq və yataq otaqları, o cümlədən lift mövcuddur.
İfaçının geniş villası “Agalarov Estate” qəsəbəsində yerləşir. Malikanənin dizaynında daha çox ağ rəngə üstünlük verilib.
Ağalarov beşulduzlu hoteli xatırladan evi ilə bağlı “Hər zaman çoxlu uşağımın olacağını planlaşdırmışam və planlaşdırıram. Onları isə harasa yerləşdirmək lazımdır. Bütün uşaqların dayələri, evdə işləyən işçiləri var” sözlərini söyləyib.
Birxeber ifaçının lüks malikanəsindən olan görüntüləri təqdim edir:
Birxeber