Avropa Olimpiya Təsnifat turniri: Azərbaycanın Avropa çempionu ilk görüşdə məğlub olub

Avropa Olimpiya Təsnifat turniri: Azərbaycanın Avropa çempionu ilk görüşdə məğlub olub

Azərbaycanın daha bir qadın güləşçisi Elis Manolova Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğursuzluqla üzləşib.

“Birxeber.Az” xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində bolqarıstanlı Mimi Xristova ilə qarşılaşıb.

Avropa çempionlarının duelindən Xristova 4:2 hesabı ilə qalib ayrılıb. Bununla Manolovanın finala yüksəlmək ümidinin üstündən xətt çəkilib.

Qeyd edək ki, daha əvvəl Birgül Soltanova (62 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıb.