Ombudsman Azərbaycanda həbs edilmiş terror-diversiya qruplarının üzvlərinə baş çəkib

Ombudsman Azərbaycanda həbs edilmiş terror-diversiya qruplarının üzvlərinə baş çəkib

Ombudsman Səbinə Əliyeva və Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində terror-diversiya qrupları şəklində cinayət əməllərinin törədilməsinə görə həbs edilmiş Ermənistan vətəndaşlarının da saxlanıldığı müəssisələrə ardıcıl başçəkmələr həyata keçirilib.

Bu barədə "Birxeber.Az"a Ombudsman Aparatından məlumat verilib.

Başçəkmələrdə MPQ-nin ixtisasca həkim və psixoloq üzvləri də iştirak ediblər.

Ombudsman Səbinə Əliyeva və MPQ-nin üzvləri tərəfindən həmin müəssisələrdə saxlanılan digər şəxslərlə yanaşı, həbs olunmuş Ermənistan vətəndaşları da fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib. Həmin şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilib.

Başçəkmələr çərçivəsində onların saxlanma şəraiti – kameraların vəziyyəti, ölçüsü, işıqlandırma, havalandırma, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.

Sistemli keçirilən başçəkmələr zamanı həmin şəxslərə münasibətdə qanunvericiliyin tələblərinə riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib. Eyni zamanda, qəbul edilmiş şəxslərin saxlanma şəraiti, rəftar, telefon əlaqələri, yazışmalar, kənardan məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin çatımlı olması ilə bağlı heç bir şikayətlərinin olmadığı müəyyən edilib. Saxlanılan şəxslər üçün kameralarda bədii ədəbiyyat və informasiya materiallarının (həmçinin öz dillərində) olması, həmin şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə də maneəsiz görüş imkanlarının yaradıldığı müşahidə olunub.

Qeyd etmək lazımdır ki, başçəkmələrlə yanaşı, həmin təqsirləndirilən şəxslərlə bağlı həyata keçirilən məhkəmə prosesləri də diqqətdə saxlanılmış, müstəqil müşahidələr aparılmışdır.

Monitorinq zamanı məhkəmə proseslərinin insan hüquq və azadlıqlarına hörmət müstəvisində, qanunvericiliyə uyğun təşkil olunduğu, həmin şəxslərin vəkillərlə və tərcüməçilərlə təmin edildiyi müəyyən olunub. Təqsirləndirilən şəxslərə və onların vəkillərinə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi imkanların yaradıldığı müşahidə edilib.

Daxili siyasət Daxili siyasət
Vüqar Rəhimzadə: "Prezident Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi"

Vüqar Rəhimzadə: "Prezident Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi"

Daxili siyasət Daxili siyasət
Prezident ədliyyə orqanları işçilərini təltif edib - SİYAHI

Prezident ədliyyə orqanları işçilərini təltif edib - SİYAHI

Daxili siyasət Daxili siyasət
"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ədalətin bərpası demək olacaq" - RƏY

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ədalətin bərpası demək olacaq" - RƏY

Daxili siyasət Daxili siyasət
Qarabağda ərazilərin 18,1 faizi minalardan təmizlənib

Qarabağda ərazilərin 18,1 faizi minalardan təmizlənib

Daxili siyasət Daxili siyasət
Biləsuvarda iki şəhidin xatirə lövhələrinin açılışı olub

Biləsuvarda iki şəhidin xatirə lövhələrinin açılışı olub

Daxili siyasət Daxili siyasət
Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşı təltif edilib - SİYAHI

Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşı təltif edilib - SİYAHI

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan Xronikası: Üzərində Göytürk yazısı olan Haqqıxlı xalçası

Qərbi Azərbaycan Xronikası: Üzərində Göytürk yazısı olan Haqqıxlı xalçası

Daxili siyasət Daxili siyasət
Azərbaycan Baş nazirin müavini ICCIA rəhbərləri ilə görüşüb

Azərbaycan Baş nazirin müavini ICCIA rəhbərləri ilə görüşüb

Daxili siyasət Daxili siyasət
Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Yol hərəkəti qaydaları və mən” adlı rəsm müsabiqəsi keçirilib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Yol hərəkəti qaydaları və mən” adlı rəsm müsabiqəsi keçirilib

Daxili siyasət Daxili siyasət
Azərbaycanın minalarla çirkləndirilmiş ərazisinin sahəsi açıqlanıb

Azərbaycanın minalarla çirkləndirilmiş ərazisinin sahəsi açıqlanıb

Daxili siyasət Daxili siyasət
İlham Əliyev: "Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib"

İlham Əliyev: "Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib"

Daxili siyasət Daxili siyasət
AMEA prezidenti Naxçıvanın muxtariyyət statusunun ləğv olunacağı ilə bağlı iddialara münasibət bildirib

AMEA prezidenti Naxçıvanın muxtariyyət statusunun ləğv olunacağı ilə bağlı iddialara münasibət bildirib