ABŞ institutu: İran yaxın günlərdə İsrail ərazisinə zərbələr endirə bilər

ABŞ institutu: İran yaxın günlərdə İsrail ərazisinə zərbələr endirə bilər

İran yaxın günlərdə İsrail ərazisinə zərbələr endirə bilər.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, ABŞ kəşfiyyatı da bu məlumatı təsdiqləyir: “İranın cavabı, çox güman ki, aprelin 10-na – Ramazan ayı bitənə qədər olacaq. Bu zaman kəsiyində İranın “Şhahed” pilotsuz uçuş aparatları ilə İsrail ərazisinə hücum etməsi mümkündür”.

Məlumata görə, İran Xarici İşlər Nazirliyi bu iddiaları təkzib etsə də, İsrailin İranın mümkün cavab tədbiri ərəfəsində bölgədəki bir neçə diplomatik obyektini boşaltdığı bildirilir.

Hesabatda, həmçinin yazılıb ki, İran ali rəhbərinin ofisinə yaxın mənbələr Tehranın İsraillə birbaşa toqquşmadan çəkindiklərini bildiriblər: “Belə qənaətə gəlmək olar ki, İran ABŞ və İsrailə qarşı birbaşa hərbi qarşıdurmadan çəkinir”.

Qeyd edək ki, aprelin 1-də İsrail İranın Dəməşqdəki səfirliyi yaxınlığına zərbələr endirib. Hadisə nəticəsində 13 nəfər ölüb. Bundan sonra Tehranla Təl-Əviv arasında münasibətlər gərginləşib.