Moldovada Rusiya imperiyasının bayrağı ekstremist simvol kimi tanınıb

Moldovada Rusiya imperiyasının bayrağı ekstremist simvol kimi tanınıb

Moldovada Rusiya imperiyasının qara-sarı-ağ rəngli bayrağı ekstremist simvol kimi tanınıb.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moldova KİV məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Kişinyov məhkəməsi Ədliyyə Nazirliyi, Baş Prokurorluq və İnformasiya və Təhlükəsizlik Xidmətinin sorğusu əsasında qərar qəbul edib.

Moldova dövlət qurumları öz təşəbbüslərini bayraqdan “rus millətçi və monarxist təşkilatları tərəfindən istifadə edilməsi” ilə izah edirlər.