Sumqayıtda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb

Sumqayıtda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb

Sumqayıt şəhərində 5 yaşlı uşaq yaşayış binasının 7-ci mərtəbəsindən yıxılıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində baş verib.

2019-cu il təvəllüdlü Eduard Mayis oğlu Mürsəlov yaşadığı evin eyvanından yıxılaraq ölüb.

Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.