Xəstəlik vərəqələri elektron formada tərtib ediləcək

Xəstəlik vərəqələri elektron formada tərtib ediləcək

Nazirlər Kabineti “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” qərarənda dəyişiklik edib.

APA-nın xəbərinə görə, qərarın adı dəyişib, “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat” olub.

Xəstəlik vərəqələrinin elektron sənəd formasında “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.

“Sığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək hüququna malik olan tibb müəssisələrinin həkimləri ( tibb müəssisələrinin həkimləri) tərəfindən elektron sənəd formasında tərtib ediləcək. “Xəstəlik vərəqələri sığortaolunanlar və sığortaedənlər tərəfindən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” (VSİS) vasitəsilə elektron sənəd formasında, o cümlədən sığortaolunan tərəfindən tibb müəssisəsinə müraciət edildikdə VSİS-dən kağız daşıyıcıda çap olunmuş formada əldə ediləcək.

Bu Qərar 2024-cü il mayın 1-dən qüvvəyə minir.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, 2024-cü il 1 may tarixindən etibarən sığortaolunanlar üçün xəstəlik vərəqələri aidiyyəti tibb müəssisələri tərəfindən elektron sənəd formasında tərtib olunmaqla əmək qabiliyyətinin itirilməsinə görə müvafiq müavinətin ödənilməsi üçün həm işəgötürənə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna elektron qaydada göndəriləcək.

Bununla da vətəndaşlar tərəfindən xəstəlik vərəqələrinin alınması üçün sərf olunan vaxt itkisi aradan qaldırılacaq, müvafiq ödənişlər elektron qaydada daxil olan xəstəlik vərəqələri əsasında daha operativ aparılacaq.