Paşinyan: Aİ və ABŞ-la iqtisadi əlaqələri inkişaf etdirməyin vaxtıdır

Paşinyan: Aİ və ABŞ-la iqtisadi əlaqələri inkişaf etdirməyin vaxtıdır

Avropa İttifaqı (Aİ) və ABŞ-la iqtisadi əlaqələri, o cümlədən ticarət və vətəndaşların hərəkət azadlığını inkişaf etdirməyin vaxtıdır.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüş başlamazdan əvvəl deyib.

“Biz Ermənistanda özəl sektorun yeni bazarlara çıxa bilməsi üçün rəqabət qabiliyyətini inkişaf etdirmək niyyətindəyik. İnvestisiya mühitini Avropa və ABŞ şirkətləri üçün daha cəlbedici etməyə hazırıq. Malların və xidmətlərin keyfiyyəti üçün infrastrukturun təkmilləşdirilməsi, Qərbin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi ilə bağlı yardımlar gözləyirik”, - o bildirib.