Pakistan Baş naziri ilk səfərini Səudiyyə Ərəbistanına edəcək

Pakistan Baş naziri ilk səfərini Səudiyyə Ərəbistanına edəcək

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif aprelin 6-dan 8-dək Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək. Bu, baş nazirin seçildikdən sonra ilk xarici səfəri olacaq.

Birxeber.Az xəbər verir ki , bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat paylaşılıb. Baş naziri səfərdə xarici işlər, müdafiə, maliyyə, informasiya və iqtisadiyyat nazirləri müşayiət edəcəklər. Baş nazirin Səudiyyə şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləzizlə görüşü və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəyi gözlənilir.

Liderlər həmçinin regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar.

Kamilla Kazımova