Abşeronda evdə yanğın olub

Abşeronda evdə yanğın olub

Abşeron rayonunda evdə yanğın olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və ətraf tikililərə keçməsinin qarşısı alınıb.