Qazaxıstan Prezidenti Özbəkistanda səfərdədir

Qazaxıstan Prezidenti Özbəkistanda səfərdədir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistana işgüzar səfərə gedib.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Akordanın (Qazaxıstan Prezident Administrasiyası) mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Urgənc hava limanında Tokayevi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşılayıb.

Səfər proqramına iki ölkə liderlərinin qeyri-rəsmi görüşü, həmçinin Xivədəki müəssisələrə və mədəniyyət ocaqlarına birgə səfər daxildir.